Bu türk ölkəsində korrupsiyaya görə həbs edilmiş şəxslərin seçkilərdə iştirakı qadağan edilir

26.01.2026

Icma.az bildirir, Sia Az portalına istinadən.

Qazaxıstanda yeni qanunvericilik təşəbbüsü hazırlanır. Belə ki, bu ölkədə korrupsiya cinayətlərinə görə məhkum olunmuş şəxslərin seçkilərdə iştirakına qadağa qoyulması planlaşdırılır. Bu qadağanın konstitusiyada təsbit edilməsi təklif olunur. Bu barədə parlamentin yuxarı palatasının deputatı, Konstitusiya Komissiyasının üzvü Nurlan Beknazarov məlumat verib.

Onun sözlərinə görə, korrupsiya cinayətlərində təqsirli bilinən şəxslər dövlət idarəçiliyində yer almamalıdır. Deputat bildirib ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz sayılan və azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərin də seçkilərdə iştirak hüququ olmamalıdır.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью