Bu türk ölkəsində metapnevmovirus xəstəliyi yayıldı

05.01.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qazaxıstanda 1 oktyabr 2024-cü il tarixindən indiyədək 30 metapnevmovirus xəstəliyinə yoluxma halı müəyyən edilib.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

“Epidemiya mövsümünün başlamasından bəri respublika ərazisində 2 002 335 kəskin respirator virus infeksiyası və 941 laborator təsdiqlənmiş qrip hadisəsi baş verib. Sanitariya-Epidemioloji Nəzarət Komitəsindən verilən məlumata görə, epidemiya mövsümü başlayandan bütün respublika üzrə 8360 nümunə yoxlanılıb. Bunlardan 1866 (22%) nümunə müsbət olub, o cümlədən koronavirus - 206 (11,1%), paraqrip - 178 (9,5%), bokavirus - 113 (6,1%) və son olaraq metapnevmovirus - 30 (1,6%)”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Çinin Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi ölkədə insan metapnevmovirusu epidemiyasının qeydə alındığı barədə məlumat yaymışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью