Bu türk ölkəsində parlament seçkiləri keçirilir

30.11.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Qırğızıstanda növbədənkənar seçkilər keçirilir.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstanın “24 KG” telekanalı məlumat yayıb.

Məlumata görə, ölkədə səsvermə üçün 2492 seçki məntəqəsi fəaliyyət göstərir.

Seçkilər majoritar sistem üzrə keçirilir: hər dairədən üç olmaqla, 30 çoxmandatlı seçki dairəsində 90 deputat seçiləcək.

Səsvermə yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə 18:00) kimi davam edəcək.

Nəticələr dekabrın 14-dək elan olunacaq.

Qeyd edək ki, sentyabrın 25-də Qırğızıstan parlamenti özünü buraxmşdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью