Bu türk ölkəsində yanğın: 9 u uşaq olmaqla 12 nəfər öldü

18.11.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

QazaxıstanınTürküstan vilayətində ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

Axar.az xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Bildirilib ki, hadisə Jetisay rayonunun Alğabas kəndində baş verib.

“Yanğının kəşfiyyatı və söndürülməsi zamanı evdən huşsuz vəziyyətdə üç nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. İçəridə 9-u uşaq olmaqla, 12 nəfərin meyiti aşkar olunub”, – FHN-dən bildirilib.

Hadisə yerində araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev də yanğın zamanı insanların həlak olması ilə bağlı başsağlığı verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью