Bu türk ölkəsinə məxsus təyyarə Rusiyada təcili eniş etdi

18.08.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Qırğızıstanın “Aero Nomad Airlines” aviaşirkətinə məxsus təyyarə Vnukovoda təcili eniş edib.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Bildirilib ki, Moskva-Oş reysini həyata keçirən “Airbus A320” təyyarəsi uçuşdan qısa müddət sonra nasazlığın yaranması barədə məlumat verib.

"Təyyarə yerə eniş edib, ona texniki baxış keçirilir. Nasazlıqların aradan qaldırılması üç saata yaxın vaxt aparacaq, bundan sonra təyyarə Oşa yola düşəcək", - mətbuat xidmətindən bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью