Bu, Türkiyə ilə bizi inanılmayacaq qədər yaxınlaşdıracaq | Icma.az
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
44 günlük müharibə zamanı yalnız qardaş Türkiyə mediası bizimlə birlikdə informasiya savaşı aparırdı.
Hətta ön cəbhədən, qanlı-qadalı savaşlardan türkiyəli həmkarlarımızın reportajlarını yayırdıq.
Bu vəziyyət iki qardaş ölkənin media sahəsində də strateji əməkdaşlığının əhəmiyyətini üzə çıxardı.
Axar.az xəbər verir ki, bu sözləri “Telеqraf” Media Qrupunun rəhbəri Aynur Camal Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda bu gün keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, beynəlxalq media korporasiyalarının siyasi maraqların ifadəçisi olduğu sirr deyil və bir çox hallarda siyasi sifarişləri yerinə yetirirlər: “Vaxtaşırı olaraq Azərbaycanla yanaşı, Türkiyə də hədəf seçilir.
Bu, qardaş ölkələrin informasiya mübarizəsində potensiallarını birləşdirməsini zəruri edən amillərdəndir”.
A.Camalın fikrincə, Azərbaycan və Türkiyənin media sahəsində strateji əməkdaşlıq təcrübəsini digər türk ölkələri ilə paylaşmaq və türk dilinin informasiya məkanını bütün türk coğrafiyasına yaymaq perspektivi önümüzdədir.
Tam oxu
Xəbəri oxu