Bu, Türkiyədə 3 dilənçinin birgünlük qazancıdır

05.04.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Eskişehir vilayətində yoxlamalar zamanı polis qrupları 3 dilənçini saxlayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, axtarış zamanı onların üzərindən 42 min TL (Təxminən 3300 AZN) pul vəsaiti tapılıb.

Məlumata görə, bu pullar dilənçilərin birgünlük Odun bazarı adlanan ərazidən əldə etdiyi gəlir olub.

Polis qrupları tərəfindən pullar müsadirə edilib. Dilənçilərə isə “Pul pozuntuları haqqında” qanun çərçivəsində inzibati tənbeh tətbiq edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью