Bu turşuları ALMAYIN ŞOK TƏHLÜKƏLƏRİ KONKRET

28.01.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Bazarlarda satılan kələm turşularının qırmızı rəngdə olması ilə bağlı süni boyalardan istifadə edildiyi iddiaları gündəmə gəlib. İddialara görə, bəzi satıcılar maya dəyərini azaltmaq üçün təbii qırmızı kələm və ya çuğundur əvəzinə ağ kələmdən istifadə edərək ona süni rəng qatırlar. Maraqlıdır, təbii üsullarla, məsələn, çuğundur və ya digər tərəvəzlərdən əldə edilən qırmızı rənglə süni boyalar arasında fərqlər nələrdir?

Ağa Salamov

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, burada əsas amil iqtisadi maraqlardır:

“Qırmızı kələmin kilosu təxminən 1 manat 20 qəpikdir. Üzərinə duz, sirkə və digər xərclər gələndə maya dəyəri 1 manat 40 qəpiyə çıxır. Satıcı da düşünür ki, bunu hansı qiymətə satsın ki, qazancı olsun. Ona görə də ağ kələmi seçirlər. Ağ kələm topdan təxminən 30-40 qəpikdir. Onu doğrayıb içinə süni boya, sonra da duz və sirkə əlavə edib 1 manat – 1 manat 50 qəpiyə satırlar. Beləliklə, daha çox qazanc əldə edirlər”.

Mütəxəssis qeyd edib ki, bəzi hallarda satıcılar rəngin çuğundurdan əldə edildiyini iddia edirlər. Lakin bu da real görünmür:
“Çuğundurun 1 kiloqramı qurudulduqda təxminən 90 faiz itki verir. Ondan alınan təbii qida boyasının tozu çox bahadır. Kilosu 20-25 manata başa gələ bilər. Ona görə də bazarda satılan turşuların əksəriyyətində ucuz süni qida boyalarından istifadə edildiyini düşünürəm”.

Ağa Salamov əlavə edib ki, hətta rəng təbii olsa belə, bu cür məhsulun “qırmızı kələm turşusu” adı altında satılması istehlakçı hüquqlarının pozulmasıdır:

“Əgər sən ağ kələmə boya əlavə edib onu qırmızı kələm kimi təqdim edirsənsə, bu artıq aldatmadır. İstər süni, istər təbii boya olsun, məhsulun tərkibi düzgün göstərilməlidir”.

Mütəxəssislər vətəndaşlara bazarlardan turşu alarkən məhsulun rənginə, qoxusuna və satıcının verdiyi məlumata diqqət yetirməyi tövsiyə edirlər.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью