Bu turşunu yeyənlərin diqqətinə! | Icma.az
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Acı bibər turşusu həm süfrələrin sevimlisi, həm də sağlamlıq baxımından diqqət mərkəzinə çevrilib.
Mütəxəssislər bildirirlər ki, bu turşu yalnız dadına görə deyil, həm də orqanizm üçün olan faydaları ilə seçilir.
Xüsusilə immuniteti gücləndirməsi, həzmi yaxşılaşdırması və orqanizmi zərərli maddələrdən təmizləməsi onun ən önəmli xüsusiyyətləri kimi göstərilir.
“Yeni Sabah” xəbər verir ki, acı bibərin tərkibində olan kapsaisin maddəsi bədəni isinməyə məcbur edir və metabolizmanı sürətləndirir.
Bu səbəbdən arıqlama prosesində də təsirli məhsul hesab edilir.
Bir çox dietoloqlar acı bibər turşusunu məhz bu xüsusiyyətlərinə görə gündəlik qidalara az miqdarda daxil etməyi tövsiyə edir.
Araşdırmalara görə müntəzəm istifadə qan dövranını yaxşılaşdırır, damarların elastikliyini artırır və ürək-damar xəstəliklərinin riskini azaldır.
Tam oxu
Xəbəri oxu