Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqının səfirləri Ukraynaya 90 milyard avro məbləğində kredit ayrımağa razılıq veriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.
Aİ Şurasında razılaşmaya əsasən, Kiyev bu maliyyə sxemi üzrə ilk vəsaitləri 2026-cı ilin ikinci rübündə, yəni aprel, may və iyun aylarında alacaq. Tranşların ayrılması Avropa Parlamenti ilə yekun razılaşmadan sonra mümkün olacaq.
Məlumata görə, maliyyələşdirmə təşəbbüsünü Aİ-yə üzv 27 ölkədən 24-ü dəstəkləyib.
Bununla yanaşı, Macarıstan, Çexiya və Slovakiya 2026–2027-ci illər üçün nəzərdə tutulan 90 milyardlıq kredit proqramında iştirak etməyəcəklərini təsdiqləyiblər.
Əliyar Xəlil