Bu üç ölkədən Gürcüstan rəsmilərinə qadağa: vizasız gedişgəliş ləğv edilir

31.12.2024

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa, Almaniya, Polşa Avropa İttifaqının qərarına əsasən, Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxslərin ölkəyə vizasız girişinə qadağa tətbiq etmək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə üç ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında bildirilir.

Bundan əlavə XİN başçıları həm Aİ səviyyəsində, həm də ölkə daxilində Gürcüstan hakimiyyətinə qarşı digər tədbirlərin tətbiqini nəzərdən keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, dekabrın 20-də Avropa Komissiyası (AK) Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimin dayandırılmasını rəsmən təklif edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью