Bu ucuz analizi hamı versin, xərçəng riskini göstərir Kardioloqdan

25.11.2025

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"HbA1c analizi 3 aylıq şəkərini göstərməklə yanaşı, xərçəng riskini də ortaya çıxarır".


Medicina.az xəbər verir ki, bunu kardioloq Günay Qasımova bildirib.


O, deyib ki, şəkər hemoqlobinlə birləşdikdə hüceyrələr oksigensiz qalır:

"Bundan başqa, şəkər proteinlə birləşir və şəkərlənmiş protein əmələ gətirir. Protein bədənimizin hər yerində var. Şəkərlənmiş proteinlər öz funksiyasını yerinə yetirə bilmir. Düzdür, bədənimizdə yeni proteinlər əmələ gəlir. Amma şəkərlənmiş proteinlər 10,20 il bizim bədənimizdə qalır.

Yəni, siz HbA1c analizini verməklə yaşlanmanı, damar yaşını, həm də xərçəng riskini ölçmüş olursunuz. Bu, ucuz analizi hər kəs verə bilər".

Aygün

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью