Bu, ucuz cır cındırlar xalqın düşmənidir Tramp

26.11.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp “The New York Times” nəşrini “ucuz cındır” və “xalqın düşməni” adlandırıb.

Globalinfo.az xəbər verir ki, nəşrin yaydığı məqalədə Trampın 79 yaşında yorğunluq əlamətləri göstərdiyi, çıxışlarının qısaldığı və jurnalistlərlə ünsiyyətdə əvvəlki qədər enerjili olmadığı iddia olunub.

Məqalənin müəllifi Keti Rocers Trampın fiziki imkanlarının zəiflədiyini irəli sürüb.

Tramp bu iddiaları “Truth Social” platformasında təkzib edərək, özünü heç vaxt olmadığı qədər enerjili hiss etdiyini bildirib.

O vurğulayıb ki, yaxın günlərdə keçirdiyi fiziki və koqnitiv testlərin nəticələri əla olub. Jurnalisti isə “səriştəsiz reportyor” kimi xarakterizə edib.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью