Bu ucuz vasitə saçınızı sağlam və gözəl edəcək

15.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Alma sirkəsi saçlara qulluq zamanı çox effektli təbii vasitə sayılır.

Təbii alma sirkəsi saçlara çox yaxşı təsir edir:

- möhkəmləndirir, tökülməsini azaldır

- həcm verir

- parlaqlıq bəxş edir

- rəngini bir qədər açır

- yumşaq və itaətli edir

- baş dərisinə antiseptik təsir edir, kəpəyi azaldır.

Saglamolun.az bildirir ki, kosmetoloqlar həftədə 2-3 dəfə saçları yuduqdan sonra sirkə ilə yaxalamağı tövsiyə edirlər. 1 l ilıq suya 1/2 stəkan (100 ml) təbii sirkə (alma və ya alma sirkəsi olmadıqda - üzüm sirkəsi) əlavə edin və bu su ilə təmiz saçları yaxalayın. Bundan sonra saçları mümkün qədər fenlə deyil, açıq havada qurudun.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью