Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Albaniyanın paytaxtı Tiranada komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə milli vətənə qayıdıb.
Futbolpress.az xəbər verir ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığma üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təntənəli qarşılanma mərasimi keçirilib.
Millinin baş məşqçisi Xetaq Qazyumov turnirlə bağlı fikirlərini bildirib:
“Komanda hesabında Avropa çempionu olduğumuz üçün çox xoşbəxt və qürurluyuq. Bu çempionluq birgə əməyimizin nəticəsidir. Bizə daim qayğı göstərən Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, eləcə də bizi dəstəkləyən, bizim üçün dua edən və sevincimizi bölüşən hər kəsə minnətdarlığımı bildirirəm. Bu qələbə münasibətilə məşqçiləri, idmançıları və həkim heyətini təbrik edirəm. Təbii ki, bu uğurla kifayətlənməyəcəyik -hər kəsin əməyi və zəhməti böyükdür. İndi bir qədər istirahət edəcəyik, daha sonra isə dünya çempionatına hazırlığa başlayacağıq. Növbəti qələbələrlə azarkeşlərimizin etimadını doğrultmağa çalışacağıq”.