Bu, Ukrayna savaşını dayandırmağa kömək edəcək Tramp

02.02.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp və Hindistan Baş naziri Narendra Modi səhər telefon danışığında ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər.

Axar.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Biz bir çox məsələlər haqqında danışdıq, o cümlədən ticarət və Rusiya-Ukrayna müharibəsinin dayandırılması haqqında... Modi Rusiya neftini almamağa və ABŞ-dan, eləcə də potensial olaraq Venesueladan daha çox neft almağa razılaşıb. Bu, elə indi də baş verən, minlərlə insanın öldüyü Ukraynadakı müharibəni dayandırmağa kömək edəcək!" - o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью