Bu, Ukraynada müharibənin gedişatını dəyişdirə bilər Ekspert

18.12.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ukrayna üçün uzaqmənzilli silahlar müharibənin gedişatını dəyişdirə və Avropanın təhlükəsizliyini gücləndirə bilər.

Axar.az xəbər verir ki, bunu ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko bildirib.

"Avropa üçün ideal vəziyyət bizə uzaq mənzilli silahlar vermələri və bizim Rusiyanın hərbi-sənayesinin əhəmiyyətli bir hissəsini məhv etməyimiz olardı. Avropa Rusiyanın mümkün işğalına hazırlaşmaq üçün xeyli vaxt qazanardı. Avropalılar hələlik bunu bir fürsət kimi görmürlər", - deyə o bildirib.

Ekspertin fikrincə, Ukrayna kifayət qədər müasir raketlə Rusiyanın hərbi-sənaye kompleksinin əhəmiyyətli bir hissəsini sıradan çıxara bilər:

"Daha sonra ruslar sıfırdan başlamağa, Çin təchizatı və komponentlərinə əsaslanan texnoloji proseslər qurmağa məcbur olacaqlar".

O həmçinin qeyd edib ki, raketlərin və “Şahid” PUA-larının istehsal olunduğu yerlər hava hücumundan müdafiə sistemləri tərəfindən ciddi şəkildə qorunur:

"Əlbəttə ki, biz ora zərbə endirməyə çalışırıq, amma təəssüf ki, ora nüfuz etmək çətindir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью