Bu universitet 400 minlik avtonəqliyyat vasitələri alır

22.03.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Naxçıvan Dövlət Universiteti (NDU) yeni avtonəqliyyat vasitələri alır.

Axar.az Trend-ə istinadən xəbər verir ki, NDU artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Belə ki, universitet 10 tonluq su tankeri və 18+1 yerlik VİP nəqliyyat vasitəsini almağı planlaşdırır.

NDU hazırda nəqliyyat vasitələrini sifariş verəcək şirkət axtarışındadır.

Universitet sözügedən avtonəqliyyat vasitələrini təhvil verəcək şirkətə təqribən 398 500 manat ödəməyi nəzərdə tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью