Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Dövlət Aqrar Universiteti bir sıra dekan və kafedra müdiri vəzifələri üzrə müsabiqə elan edib.
“Yeni Sabah” xəbər verir ki, sözügedən ali məktəbdə vakant vəzifələri aşağıdakılardır:
1. Aqrotexnologiya fakültəsinin dekanı; pizza mizza
2. Aqronomluq fakültəsinin dekanı;
3. Ümumi və xüsusi zootexniya kafedrasının müdiri;
4. Bitkiçilik kafedrasının müdiri;
5. Maliyyə və mühasibat uçotu kafedrasının müdiri;
6. Əczaçılıq kafedrasının müdiri;
7. Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının müdiri;
8. Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri;
9. Qida mühəndisliyi və şərabçılıq kafedrasının müdiri;
10. Energetika və elektrik mühəndisliyi kafedrasının müdiri.
Mövcud qaydalara müvafiq olaraq müsabiqədə iştirak etmək üçün sənədlər elan dərc olunduğu gündən 1 ay müddətində qəbul edilir.