Bu universitet əməkdaşlara 4 min maaş təklif edir Azərbaycanda...

13.01.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) işçi axtarır.

Bakıvaxtı.az “Yeni Sabah”a istinadla xəbər verir ki, ADNSU-Vorvik Universiteti ikili diplom proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edib.

Proqram rəhbəri ADNSU-da Vorvik Universiteti ilə birgə həyata keçirilən ikili diplom və beynəlxalq proqramlar çərçivəsində “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə tədris prosesinə akademik rəhbərlik edəcək.

Proqram rəhbərinin aylıq maaşı 3500-4000 manatdır.

Sənədlər yanvarın 22-dək qəbul olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью