Bu universitet üçün yeni tədris binası tikiləcək

24.01.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəran Dövlət Universiteti (LDU) üçün yeni tədris binasının inşasına başlanılır.

Trend-in əldə etdiyi məlumata görə, yeni bina Füzuli küçəsi, 170 A ünvanında yerləşən tədris binasının həyətində inşa olunacaq.

Məlumata görə, inşası planlaşdırılan tədris binası 4 mərtəbəli olacaq. Artıq universitetdə yeni tədris binasının layihə-smeta sənədlərinin hazırlanması işləri ilə bağlı müvafiq işlər yekunlaşdırılıb.

Universitet sözügedən işlərin icrasını "NOKA" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, yeni tədris binasının layihə-smeta sənədlərinin hazırlanması işləri üçün MMC-yə 23 128 manat ödənilib.

Qeyd edək ki, işlərin icrasının həvalə olunduğu "NOKA" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Tahirova Günel Yaşar qızıdır.

Xatırladaq ki, bir müddət əvvəl Lənkəran Dövlət Universiteti (LDU) üçün 1,9 milyon manat dəyərində yeni baytarlıq klinikasının tikintisi işlərinə başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью