Bu universitetdə gecikən tələbələrə qaib yazılmacayaq

16.09.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

“Formula-1” yarışı, şəhərdə aparılan təmir işləri və metroda həyata keçirilən yenilənmə işləri səbəbindən Bakıda nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranıb.

Axar.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Bakupost.az-a qarşıdakı günlərdə nəqliyyat sıxlığı səbəbindən dərslərə gecikən tələbələrin nəzərə alınacağı bildirilib.

“Formula-1” yarışı başlayacaq. Digər tərəfdən, metronun “Nizami”dən “28 May”a qədər olan hissəsində təmir prosesi gedir. Ümumilikdə bütün bu amilləri nəzərə alaraq nəqliyyat sıxlığı səbəbindən tələbələrin dərslərə gecikməsi kimi hallar nəzərə alınacaq. Bu, qısa müddətlikdir”, - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью