Bu universitetdə magistratura planı 71 faiz artıb

01.10.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) magistratura üzrə plan yerlərinin sayı əhəmiyyətli dərəcədə artırılıb.

Bu barədə Modern.az-a APU-dan məlumat verilib.
2021/2022-ci tədris ilində magistratura üzrə plan yerlərinin sayı 372 olduğu halda, 2026/2027-ci tədris ilində bu göstərici 637-yə çatıb.

Beləliklə, son 5 ildə ADPU-nun magistratura üzrə qəbul planında 71,24 faiz artım qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью