Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır

30.10.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müxtəlif fakültələrdə çalışan əllidən artıq müəllimin əmək müqaviləsinə xitam verilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, adıçəkilən təhsil müəssisəsində dövlət qurumları tərəfindən aparılan yoxlamalar zamanı müəllim sayının dərs yükünə uyğun olmadığı müəyyən edilib. Bu səbəbdən ADAU-da tam ştat vahidində deyil, müqavilə əsasında müxtəlif fakültələrdə işləyən müəllimlərin əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Aqrar Universitetinə ünvanlanan sorğu cavabsız qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью