Bu universitetdə yeni ixtisas yaradıldı

14.05.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"2025-2026-cı tədris ili üçün ölkəmizdə ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində data analitikası ixtisasının açılması planlaşdırılır".

Modern.az xəbər verir ki, bu barədə Baku TV-yə açıqlamasında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məlumat verib.

"Data analitikası müasir dövrün ən populyar və əmək bazarında ən tələb olunan ixtisaslarından biridir. Bu ixtisasın açılması ilə bağlı Bakı Ali Neft Məktəbi bir neçə ildir hazırlıq aparırdı. Partnyor universitetimizlə birlikdə artıq bu sahədə tədrisə başlamağa tam hazırıq", - deyə rektor bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью