Bu universitetə 1500ə qədər tələbə qəbul olacaq | Icma.az
Icma.az xəbər verir, Manset saytına əsaslanaraq. Növbəti tədris ilində Qarabağ Universitetinə 1500 nəfərə qədər tələbə qəbulu planlaşdırılır
Universitetdə əsasən mövcud fakültələr üzrə yeni ixtisaslar yaradılacaq.
Bundan başqa tibb fakültəsinin və təbiət fənləri üzrə fakültənin açılması da nəzərdə tutulur.
Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə jurnalistlərə açıqlamasında bildirib.
Nazir həmçinin bildirib ki, universitetin iki yeni korpusunun tikintisində ilkin işlər aparılır və növbəti ildən türkdilli dövlətlərdən və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən tələbələrin Qarabağ Universitetində təhsil alması da planlaşdırılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu