Icma.az bildirir, Konkret.az portalına istinadən.
Gəncə Dövlət Universitetinin (GDU) Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev vəfat edib.
KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, mərhumun səhhəti anidən ağırlaşıb və o, dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, O. Rzayev 1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2008- 2012-ci ilə kimi Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru işləyib, 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru olub. 2023-cü ildən GDU-nun Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləyirdi.
Mərhum 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, 10 may 2016-cı ildə Elm və Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil işçisi” döş nişanı ilə təltif olunub.