Bu universitetlə bağlı abituriyentlərə xoş xəbər

04.11.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt Dövlət Universitetində (SDU) hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə universitetin rektoru Nurəli Yusifbəyli Azedu.az-a müsahibəsində məlumat verib.

"Sumqayıt Dövlət Universitetində növbəti illərdə hüquqşünaslıq və tibb ixtisaslarının açılması ilə bağlı Elm və Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılması planlaşdırılır. Əlbəttə, ilk növbədə hüquqşünaslıq ixtisasının açılması nəzərdə tutulur. Çünki bu sahədə kadr hazırlığına başlamaq üçün ciddi problem yoxdur. Mövcud infrastruktur tələbə qəbuluna və tədrisin təşkilinə imkan verir.

Bu, region üçün də çox önəmlidir. Abşeron-Xızı ilə yanaşı, təhsil coğrafiyasında mühüm yer tutan Quba-Xaçmaz iqtisadi rayonu da əhəmiyyətli bölgələrdən biridir. Burada 1.2 milyondan artıq əhali yaşayır. Eyni zamanda, sözügedən ərazidə kənd təsərrüfatı sahəsi üzrə ixtisasların açılması barədə də düşünürük.

Bu il iki yeni ixtisas üzrə kadr hazırlığının təşkili ilə bağlı müvafiq sənədləri nazirliyə təqdim etmişik.

Bunlar data analitikası və proqram mühəndisliyi ixtisaslarıdır. Hesab edirəm ki, növbəti tədris ilindən Sumqayıt Dövlət Universitetində hər iki ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək", - o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью