Bu uşaqlar məktəb mövsümündə çox xəstələnirlər XƏBƏRDARLIQ

28.09.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Məktəbə gedən kimi xəstələnən uşaqların valideynləri diqqətli olmalıdır. Əgər övladınız əvvəlki məktəb mövsümündə çox xəstələnmişdisə, bu mövsümdə çox xəstələnməməsi üçün oktyabrın əvvəli, ən geci ortalarına qədər uşaqlara qrip peyvəndi vurulmalıdır".

Redaktor.az xəbər verir ki, bunu həkim-pediatr Günay Rəsulova sosial media hesabında deyib.

Onun sözlərinə görə, peyvənd virus infeksiyalarından uşaqları qoruyur:

"Uşaqların allergik problemi varsa, mütləq həkimə, pediatra müraciət edərək allergiyanın nəzarətə alınması üçün çalışmaq lazımdır. Çünki allergik xəstəliklərin kəskinləşmə dövrü uşaqlarda sıx xəstələnmə səbəbidir.

Allergiya immunitet problemidir. Peyvənd əksiyi tamamlanmamış uşaqlar məktəb mövsümündə çox xəstələnirlər. Çünki bilirik ki, peyvənd mövsümi xəstəliklərdən də uşaqları qoruyur və bu uşaqların immuniteti daha formalaşmış olur. Əgər övladınızda tez-tez boğaz gəlmə, xroniki angina, burun əti problemi varsa, bu problemlərin öncədən aradan qaldırılması mövsüm zamanı xəstələnmələrin qarşısını alacaq".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью