Bu uşaqlara pensiya VERİLƏCƏK

30.05.2025

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyada koalisiya hökuməti 6-18 yaş arası uşaqlar üçün yeni pensiya planı üzərində işləyir.

News24.az xəbər verir ki, “Erkən pensiya” adlanan sistem şagirdlər üçün ayda 10 avro dövlət dəstəyini nəzərdə tutur. Bu, 12 ildə 1440 avro edir.

Yeni sistemlə fiziki şəxslər 18 yaşından sonra sistemə öz dəstəklərini də əlavə edə biləcəklər və bu gəlirlər vergidən azad ediləcək.

Səlahiyyətlilər bildiriblər ki, məqsəd təkcə qənaət deyil, həm də gənclərə erkən yaşda investisiya və maliyyə savadlılığı aşılamaqdır. Bununla belə, sistemin təfərrüatları hələ də aydın deyil. Əmanətlərin necə və kim tərəfindən idarə olunacağı bəlli deyil.

Onu da qeyd edək ki, Türkiyədə də uzun müddətdir ki, uşaqlar üçün fərdi pensiya sistemi (BES) tətbiq edilir. 0 yaşından başlayaraq uşaqların adına BES hesabı açılır və dövlət ödənilən vəsaitin 30 faizi həcmində əlavə dəstək verir.

Sistemə edilən dəstəklər və əldə edilən gəlirlər uşağın 18 yaşına çatana qədər valideynin nəzarəti altında toplanır, bundan sonra müqavilə uşağa verilə bilər.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью