Bu üsul ilə daha rahat yata BİLƏRSİNİZ

15.01.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Ümumi praktika üzrə həkim Tamsin Lyuisin sözlərinə görə, corab geyinmək yuxusuzluqdan əziyyət çəkən insanlar üçün faydalı ola bilər.

Redaktor.az xəbər verir ki, o, bu qeyri-adi üsul barədə Metro nəşrinə müsahibəsində danışıb.

Həkim izah edib ki, corab ayaqları isti saxlayır və bu da həmin nahiyəyə qan axınını artırır. Nəticədə bədənin ümumi temperaturu aşağı düşür. “Bədən temperaturunun azalması yuxuya getməyə kömək edən əsas amillərdən biridir”, – deyə Lyuis vurğulayıb.

Onun sözlərinə görə, 2018-ci ildə aparılan araşdırma da bu fikri təsdiqləyir. Belə ki, yatarkən corab geyinən insanlar corabsız yatanlarla müqayisədə orta hesabla 32 dəqiqə daha çox yatıblar və ümumilikdə yuxu keyfiyyəti 7,6 faiz yaxşılaşıb.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью