Bu üsulla 16 ildir kommunal xərclərə pul ödəmirlər

30.10.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


İspaniyada yaşayan bir ailə qurduğu alternativ həyat sistemi ilə 16 ildir elektrik və su pulu ödəmədən yaşayır.

"Bakupost" Metbuat.az-a istinadla xəbər verir ki, Boris və Rosa adlı cütlük şəhər həyatından və yüksək kommunal xərclərdən uzaqlaşaraq 7 min kvadratmetrlik tərk edilmiş ərazidə məskunlaşıb. Məlumata görə, cütlük ərazidə torpaq, saman və taxtadan istifadə edərək dörd yaşayış evi tikib. Tikinti zamanı xərcləri azaltmaq üçün divarlarda təkrar emal edilmiş şüşə butulkalardan istifadə ediblər. Ailənin elektrik enerjisi ehtiyacı günəş panelləri vasitəsilə ödənilir. Panellərdən əldə edilən enerji batareyalarda toplanaraq evlərin işıqlandırılması və məişət cihazlarının işlədilməsi üçün istifadə olunur. Su ehtiyacını isə ərazinin əvvəlki sahibindən qalan, əl ilə qazılmış quyudan qarşılayırlar. Onlar həmçinin ərzaqlarının böyük hissəsini öz bağlarında yetişdirdikləri məhsullardan və saxladıqları ev quşlarından əldə edirlər.

Boris və Rosa bu həyat tərzi ilə məqsədlərinin dünyadan təcrid olunmaq deyil, kommunal xərclərdən və borclardan asılı olmadan yaşamaq olduğunu bildiriblər


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью