“Bu, uzun illər çəkilən əziyyətin mükafatıdır”

20.08.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Real”ın futbolçusu Dani Karvahal La Liqanın I turunda “Osasuna”ya qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, kapitan kimi meydana çıxan cinah oyunçusu 1:0 hesablı qələbə haqda bunları deyib:

“Hazırlığımızın yaxşı olmaması hiss olunurdu. Buna baxmayaraq, sona qədər mübarizə aparıb qələbəni qazandıq.

Kapitan kimi ilk mövsümümdür. Bu, uzun illər çəkilən əziyyətin mükafatıdır. Kapitanlıq çox vacibdir və bunu qürurla daşıyacağam”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью