“Bu, uzunmüddətli perspektiv vəd etmir” | Icma.az
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Universitetlərin və ya məktəblərin dərs saatlarının vaxtının müəyyən dərəcədə dəyişdirilməsi beynəlxalq səviyyədə sınanmş bir haldır.
Amma müəyyən dövlətlərdə, şəhərlərdə pik saatlar və qeyri-pik saatlar deyilən bir anlayış var.
Artıq son zamanlar Bakı şəhərində pik və qeyri-pik saatlar demək olar ki, yoxdur.
Günün böyük bir vaxtı tıxaclar yaranır, xüsusən şəhərin mərkəzi küçə və prospektlərində”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
A.Əsədov əlavə edib ki, universitetlərdə dərs saatlarının vaxtının dəyişdirilməsi kimi məsələlər qısa müddətdə özünü doğrulda bilər: “Amma bu, uzunmüddətli perspektiv vəd etmir.
Ən yaxşı variant isə mərkəzdə və mərkəzə yaxın ərazilərdə yeni şəhərciklərin salınmasıdır.
Tam oxu
Xəbəri oxu