Bu valideynləri 60 manat cərimə gözləyir AÇIQLAMA

18.11.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər sosial şəbəkələrdə uşaqların müxtəlif mağazalar tərəfindən reklam aləti olaraq istifadə olunması tənqid hədəfinə çevrilib. Bəs bu cür hallarda valideyn və uşaqları reklama cəlb edənlər hansı məsuliyyəti daşıyır?
Bu barədə Demokrat.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, Azərbaycanda uşaqların hüquqları həm Konstitusiya ilə, həm də Uşaq hüquqları haqqında qanuna uyğun olaraq qorunur:
“Reklam haqqında qanunun 12-ci maddəsinə əsasən uşaqların ümumiyyətlə hər hansı bir reklamda onların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunmaqla yerləşdirilməsi qadağandır. Eyni zamanda, bu qadağalar İnzibati Xətalar Məcəsləsinin 189-cu maddəsi ilə tənzimlənir. Bu maddədə göstərilir ki, yetkinlik yaşına çatmayanların təlim və tərbiyəsini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlərə xəbərdarlıq olunur, yaxud 40 manatdan 60 manata qədər cərimə olunurlar”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью