“Bu, vaxtı məhdud olan insanlar üçün ciddi üstünlük yaradır” Mütəxəssis rəyi

14.10.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İri ticarət mərkəzində istehlakçı eyni məkanda müxtəlif geyim, elektronika, məişət texnikası, ərzaq, kosmetika və xidmətləri müqayisə edə bilir. Bu, bir neçə ünvana getmək ehtiyacını azaldır və xüsusilə vaxtı məhdud olan insanlar üçün ciddi üstünlük yaradır. İkinci mühüm amil qiymətlərin müqayisə edilməsidir”. 

Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov söyləyib. Ekspert bildirib ki, böyük mağazalar və şəbəkələr kampaniyalar, endirimlər, bonus proqramları, taksit və digər ödəniş imkanları təqdim edir:

“İstehlakçı məhsulun qiymətini və şərtlərini daha asan müqayisə etdiyi üçün alış qərarını daha rahat verir. Etibar məsələsi də vacibdir. İri ticarət şəbəkələrində məhsulun qaytarılması, zəmanət, çek, servis və istehlakçı hüquqlarının qorunması ilə bağlı prosedurlar daha aydın olur. Xüsusilə bahalı məhsullarda istehlakçı üçün satıcının etibarlılığı qiymət qədər əhəmiyyətli ola bilir”.

Sevinc Qarayeva 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью