Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Fəridin SEPAH adlanan terrorist təşkilatı və ya İran rejiminin “məhkəmələri” haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər.
Biz onun 1 aya azad olunacağı ümidləri ilə yaşayarkən Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona “Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi” deyib".
"Unikal" xəbər verir ki, bunu İrandan təhvil alınaraq ölkəmizə qaytarılan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir: "Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm.
Tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.
D.Əsgərova əlavə edb ki, Fəridə heç bir aidiyyəti olmayan mövzularla onu saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər: “Məsələn: yapışıblar yaxasından ki, cavab ver “Niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır?” və sair.
Düşünün ki, Avropada təhsil almış bir gənci başı əmmaməli molla ittiham edir (İranda inqilab məhkəməsində hakimlər hüquqşünaslar deyil, mollalardır).