Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01.09.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Ekran qarşısında çox vaxt keçirmək uşaqlarda diş çürüməsi riskini artıra bilər Ekran qarşısında uzun müddət vaxt keçirən uşaqlarda diş çürüməsi riski arta bilər. 

Redaktor.az xəbər verir ki, alimlər ekran istifadəsi, yuxu keyfiyyəti və uşaqların diş sağlamlığı arasındakı əlaqəni araşdırıblar və araşdırmanın nəticələri “Frontiers in Oral Health” jurnalında dərc olunub.

Alimlər uşaqlar və yeniyetmələr arasında ekran qarşısında keçirilən vaxt, yuxu keyfiyyəti və diş sağlamlığı ilə bağlı əvvəlki araşdırmaların nəticələrini təhlil ediblər.

Məlum olub ki, smartfon, planşet və digər elektron cihazlardan uzun müddət istifadə ağız sağlamlığının pisləşməsi ilə əlaqəli ola bilər. Tədqiqatçılar bunun mümkün səbəblərindən biri kimi yuxu çatışmazlığını göstərirlər.

Xüsusilə gecə saatlarında ekran qarşısında vaxt keçirmək yuxu müddətini azalda və yuxu rejimini poza bilər. Yuxu çatışmazlığı isə öz növbəsində diş çürüməsi riskini artıra bilər.

Bundan əlavə, uşaqlar ekran qarşısında nəsə izləyərkən daha çox qəlyanaltı yeyə və şəkərli içkilər qəbul edə bilərlər. Axşam saatlarında dişlərin fırçalanmasının unudulması da ağız sağlamlığına mənfi təsir göstərə bilər.

Müəlliflər vurğulayırlar ki, mövcud məlumatlar ekran qarşısında çox vaxt keçirməyin birbaşa diş çürüməsinə səbəb olduğunu sübut etmir. Sadəcə ekran istifadəsi, yuxu pozğunluğu və diş sağlamlığı arasında əlaqənin olduğunu göstərir.

Mütəxəssislər uşaqlarda bu riskləri azaltmaq üçün yatmazdan əvvəl ekran qarşısında keçirilən vaxtın məhdudlaşdırılmasını, müntəzəm yuxu rejiminə əməl edilməsini və dişlərin gündə iki dəfə fırçalanmasını tövsiyə edirlər.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью