Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Deməzdim ki, bütün dadlı olan qidalar orqanizm üçün zərərlidir. Kimlər üçünsə dadlı hesab olunan qidalar digər şəxslər üçün dadlı olmaya bilər. Bu da vərdişlərdən asılıdır. Bəli, əlbəttə ki, zərərli qidalardan bu gün ən çox rast gəlinən və istifadə olunan, orqanizmə daha çox zərər verən qidalar fastfudlar, şirin içkilər, duzun və şirniyyatın həddindən artıq qəbuludur. Bunlar çox zərərli hesab olunur".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı terapevt Günay İsmayılova vurğuladı.
O qeyd etdi ki, zərərli vərdişlər də immun sistemini sarsıdan, həyat tərzinə pis təsir edən amillərdən biridir:
"Zərərli vərdişlər təkcə siqaret istifadəsi, narkomaniya və spirtli içkilər deyil. Qidadan həddindən artıq istifadə də zərərli vərdiş hesab edilir. Texnologiyadan həddindən artıq istifadə, məsələn, kompüterlərdən, sosial şəbəkələrdən və telefonlardan çox və ya həddindən artıq istifadə də zərərli vərdişlər hesab olunur. Bu faktorlar immun sistemini zəiflədir, həyat tərzinə pis təsir edir və beləliklə, bir çox xəstəliklərə səbəb ola bilir".
NURİYYƏ