Icma.az, 525.az portalına istinadən məlumat yayır.
“Biznes subyektləri üçün hər bir vəsaitin dəyər yaratması vacibdir. Lakin təcrübə göstərir ki, həm dünyada, həm də Azərbaycanda sahibkarlar gözlənilməz fors-major risklərə qarşı dövriyyədən kənarda müəyyən həcmdə nağd vəsait saxlayırlar”.
İqtisadçı ekspert Rəşad Həsənov bunu 525.az-a bildirib. Onun dediyinə görə, müxtəlif iqtisadi və siyasi risklər fonunda bu davranış biznes üçün bir növ təhlükəsizlik yastığı rolunu oynayır:
«Burada diqqət yetirilməli olan mühüm amil iqtisadiyyatın qeyri-formal sektorunun geniş olmasıdır. Qeyri-formal iqtisadiyyatın həcminin böyük olması vəsaitlərin bir hissəsinin nağd şəkildə saxlanılması və məhz bu məqsədlərlə istifadə olunması üçün bazar konyunkturu yaradır. Bu vəsaitlər faktiki olaraq iqtisadiyyatda dövr edir, lakin rəsmi maliyyə sistemi onları izləyə bilmir. Qeyri-formal iqtisadiyyat məhz bu tip vəsaitlərin ortaya çıxmasını şərtləndirən əsas faktorlardandır”.
Sevinc Qarayeva