Bu vəzifə Vüqar Novruzova tapşırıldı

26.08.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayına komandir əvəzi təyin edilib.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə sözügedən vəzifə Vüqar Novruzova tapşırılıb.

Vüqar Novruzov, həmçinin Penitensiar Xidmətin Mühafizə Alayının Qərargah rəisidir.

Qeyd edək ki, bu il avqust ayının 6-da Penitensiar Xidmətin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib və xəstəxanada vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью