Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı.
44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
"Unikal" xəbər verir ki, 2020-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Trend İnformasiya Agentliyinə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik: - Hər vaxtınız xeyir, hörmətli Mehriban xanım.
İlk növbədə, Azərbaycanın bir sıra şəhərlərinin və yaşayış məntəqələrinin işğaldan azad edilməsi münasibətilə Sizi öz adımızdan və oxucularımızın adından təbrik etmək istərdim.
- Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrik edirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir.
Bizim əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər.