Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransada ilk dəfə Ebola virusuna yoluxma faktı təsdiqlənib.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, Demokratik Konqo Respublikasında humanitar missiyada iştirak etdikdən sonra geri qayıdan fransız həkimdə virus aşkarlanıb.
Xəstə dərhal xüsusi tibb müəssisəsində izolyasiya olunub və vəziyyətinin stabil olduğu bildirilib. Fransa hakimiyyəti yoluxmanın yayılmasının qarşısını almaq üçün xəstə ilə təmasda olan şəxslərin müəyyənləşdirilməsi və izlənilməsi istiqamətində tədbirlərə başlayıb.
Səhiyyə rəsmiləri Avropa əhalisi üçün risk səviyyəsinin hazırda aşağı olduğunu vurğulayıblar.
Qeyd edək ki, son bir ay ərzində Konqoda yayılan Ebola virusu azı 1000 nəfərə yoluxub, 267 nəfərin ölümünə səbəb olub.
"AzPolitika.info"