Bu virus tarixə qovuşdu sonuncu xəstə sağaldı

03.07.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kruiz gəmisi ilə əlaqələndirilən hantavirus epidemiyasının başa çatdığını açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, virusa yoluxmuş şəxsin son müəyyən edilmiş təması karantin müddətini başa vurduqdan və test nəticəsi mənfi çıxdıqdan sonra epidemiya rəsmi olaraq bitmiş hesab edilib.

Məlumata görə, yoluxma halları əsasən Argentina və Çilidə rast gəlinən hantavirusun nadir Andes ştamı ilə əlaqəli olub. Bu virus digər hantavirus növlərindən fərqli olaraq insandan insana keçə bilməsi ilə seçilir.

Epidemiya zamanı ümumilikdə 13 nəfər virusa yoluxub, onlardan 3-ü həyatını itirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью