Bu vitaminin defisiti prostat vəzi xərçənginin riskini artırır

16.11.2024

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Böyük Britaniya alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, kişi orqanizmində D vitamininin çatışmazlığı prostat vəzi xərçənginin riskini xeyli artırır.

Saglamolun.az xarici Kİv-lərə istinadla xəbər verir ki, araşdırmada 2009-cu ildən 2014-cü ilə qədər prostat vəzi şişi xaric edilmiş 190 kişi iştirak etmişdir. Alimlərin fikirinə görə, D vitamini çatışmazlığı kişilərdə prostat vəzi xərçənginin aqressiv formalarının riskini 46% artırır.

Alimlər belə hesab edir ki, orqanizmdə D vitamininin miqdarının normaya düşməsi bu xəstəliyin inkişafı riskini azalda bilər. Bunun üçün kişinin rasionunda D vitami və kalsiumla zəngin olan qidalar olmalı, kişi tez-tez açıq havada olmalıdır.

Bundan əlavə araşdırmalar göstərib ki, prostat vəzi xərçəngi olan kişilərdə orqanizmdə bu vitaminin aşağı səviyyəsi xəstəliyin aqressiv gedişatına işarə edir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью