Bu vitaminin defisiti ürəyi xəstə edir

09.06.2026

Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.



Həkimlər xəbərdarlıq edirlər: diaqnoz qoyulmamış B12 vitamini çatışmazlığı olan insanlarda ürək problemləri yarana bilər.

B12 vitamini bədən tərəfindən çox vacib qırmızı qan hüceyrələri yaratmaq üçün istifadə olunur. Bu hüceyrələrin çatışmazlığı orqan və toxumaların ehtiyac duyduqları oksigeni ala bilməməsi deməkdir. Nəticədə, bədənin düzgün işləməməsinə gətirib çıxarır.

Medicina.az xəbər verir ki, Con Hopkins institutunun əməkdaşlarının gəldiyi qənaətə görə, B12 vitamini çatışmazlığı ürək funksiyasında mənfi dəyişikliklərə səbəb ola bilər. Bu, həmçinin döş qəfəsi narahatlığına səbəb ola bilər.

Mütəxəssislər bildiriblər ki, Sürətli ürək döyüntüsü B12 vitamini çatışmazlığından qaynaqlanan anemiyanın əlamətlərindən biri ola bilər.

Onlar həmçinin (ürəyin döyünməsi kimi) B12 çatışmazlığını göstərə biləcək və həkimə müraciət tələb edən digər simptomları da sadalayıblar.

Əzələ zəifliyi

Qol və ayaqlarda keyimə və ya karıncalanma.

Gəzməkdə çətinlik

Ürəkbulanma

İştahsızlıq

Çəki itkisi

Enerji çatışmazlığı və ya yorğunluq

İshal

Şişmiş, qırmızı, hamar dil (qlossit).

B12 çatışmazlığını aşkar etməyin ən təsirli yolu qan analizidir.

Mütəxəssislərin fikrincə, müəyyən qidaların qəbulu tez-tez bu vacib vitaminin lazımi səviyyələrini bərpa etməyə kömək edir: ət, balıq, süd, pendir və yumurta B12 ehtiva edənlər arasındadır.


Aygün Musayeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью