Bu, xarici qüvvələrin milli və ailə dəyərlərimizi məhv etmək planıdır Əli Vəliyev

30.01.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Xaricdən Azərbaycanın istənilən ailəsinə hücum ümumi Azərbaycan ailəsinə, ailə dəyərlərinə hücumdur".
Demokrat.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist, Manset.az xəbər portalının Baş redaktoru Əli Vəliyev bildirib. O, daha sonra qeyd edib:
"İllərlə qorunub saxlanılan, milli-mənəvi dəyər kimi qorunan Azərbaycan ailəsinə ləkə yaxmaq, qarayaxma kampaniyası aparmaq eyni zamanda milli-mənəvi dəyərlərimizə ləkə yaxmaqdır. Bu, xarici qüvvələrin milli dəyərlərimizi məhv etmək planıdır. Bu əxlaqsızlığa, mənəviyyatsızlığa son verilməlidir. Tarixən Azərbaycan kişisinin ən böyük mənəvi dəyəri onun Azərbaycan qadınına verdiyi dəyər olub. Lakin kişilikdən uzaq insanların qadınımıza vurmaq istədiyi ləkə həmişə özlərinə yapışıb. Çünki başqasına ləkə yaxarkən əvvəlcə öz əlin çirklənir...".
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью