Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Cansever vəfat edib.
Axşam.az-ın məlumatına görə, uzun müddətdir leykozla mübarizə aparan sənətçinin ölüm xəbəri yaxınları və sənət dostlarını kədərləndirib.
Müğənni Günel Zeynalova da Canseverin vəfatı ilə bağlı paylaşım edib. O, sənətçi ilə birlikdə çəkdirdiyi fotonu yayımlayaraq kədərini ifadə edib:
“Eşitdiyim xəbərə çox üzüldüm, bacım. Allahım məkanını cənnət eləsin. Başımız sağ olsun. Səni çox sevirdim. Gözəl səsin, mahnıların həmişə bizimlə yaşayacaq”.