“Bu xəbəri yayanlar Azərbaycan Türkiyə qardaşlığını və illərlə formalaşan münasibətlərimizi pozmağa çalışır

28.01.2026

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Bu xəbəri yayanlar Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirənlərdir. Məqsəd Azərbaycan-Türkiyə qardaşlığını pozmaqdır və illərlə formalaşan münasibətlərimizə xələl gətirməkdir”.

Bu fikirləri Bizimyol.info xəbər portalına açıqlamasında Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Türkiyənin sosial media seqmentində və bəzi informasiya platformalarında yayılan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın guya müharibədə həlak olmuş Ermənistan hərbçilərin ailələrinə və yardıma ehtiyacı olan təbəqələrə 10 milyon dollar məbləğində maliyyə yardımı göstərilməsi barədə qərar imzaladığına dair iddialarla bağlı fikirləri şərh edərkən bildirib.

Elnur Eltürk

“Son dərəcə ehtiyatlı olmaq lazımdır. Süni intellektin inkişafı etdiyi bir dövrdə hansısa xoşagəlməz dezinformasiyaların yayılması gözləniləndir. Bu məsələdə iki qardaş ölkənin ictimaiyyəti diqqətli olmalı və sosial şəbəkələr üzərində yayılan əsassız məlumatlara inanmamalıdırlar. Çünki bu kimi dezinformasiyalara qarşı birgə mübarizə aparılmalıdır. Xüsusilə, cəmiyyətin ziyalıları öz mövqeyini ortaya qoymalıdırlar”-deyə Elnur Eltürk qeyd edib.

“Son illər iki qardaş ölkə arasında elə bir səviyyədə əlaqələr qurulub ki, münasibətləri zəiflətmək üçün gizli və açıq şəkildə çirkin mübarizənin aparılması gözləniləndir. Azərbaycan-Türkiyə münasibətləri bütün region üçün örnək modelə çevrilib. Münasibətlərimiz siyasi-strateji və iqtisadi səviyyədə uğurlu davam edir, inkişaf üçün yeni perspektivlər açılır. İki qardaş ölkənin münasibətləri real praqmatik dayaqlara söykənir. Beynəlxalq müstəvidə də birgə maraqların qorunması üçün ortaq mövqe var. Min bir əziyyətlə qurulan münasibətləri hansısa əsassız məlumatlara qurban vermək olmaz. Heç bir zaman bu qüvvələrə meydanı buraxmaq olmaz”,-deyə Elnur Eltürk vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью