Bu xərçəng növü hələ yaranmadan qan testi ilə aşkarlanacaq

13.11.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Alimlər yumurtalıq xərçəngi hələ inkişaf etməzdən əvvəl qanda baş verən mikroskopik hüceyrə dəyişikliklərini müəyyən edən yeni üsul kəşf ediblər.

“Qafqazinfo” xəbər verir ki, “Nature Medicine” jurnalında dərc olunan araşdırmaya görə, yumurtalıq xərçəngi çox vaxt uşaqlıq borularında yaranan mikroskopik xərçəngönü zədələnmələrlə (STIC) başlayır.

Tədqiqatçılar bu dəyişiklikləri daşıyan qadınların qanında “Tu-Stroma” adlı RNT molekulunun səviyyəsinin yüksəldiyini aşkarlayıblar.

Bu molekulun ölçülməsi xərçəngönü zədələnmələri olan qadınların 92,3 faizini, sağlam qadınların isə 98,2 faizini düzgün müəyyən etməyə imkan verib. Genetik risk qrupunda olan qadınlarda isə mənfi nəticələrin dəqiqliyi 100 faizə yaxın olub.

Tədqiqatın həmmüəllifi Dr. Eşa Madan bildirib ki, indiyədək irsi riski yüksək olan qadınlar orqanizmdə real xərçəngönü prosesin başlayıb-başlamadığını bilmədən yumurtalıqların çıxarılması kimi profilaktik əməliyyatlara məcbur qalırdılar. Yeni qan testi gələcəkdə bu qeyri-müəyyənliyi aradan qaldıraraq xəstəliyi ən erkən mərhələdə dayandırmağa kömək edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью